30 İyun 2022 16:39
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti bu gün Azərbaycanın azad olunmuş ərazilərində minaların təmizlənməsini dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (UNDP) əlavə 500 min funt-sterlinq ayırıb.

Teleqraf.com xəbər verir ki, ən son ayrılan vəsait ərazi təhlükəsizliyini təmin etmək, xəsarətlərin qarşısını almaq və insanların həyatını xilas etmək üçün mühüm təlim və mütəxəssis məsləhətlərinin təmin edilməsinə imkan yaradacaq.

Avropa və Şimali Amerika üzrə nazir Ceyms Kleverli deyib ki, Böyük Britaniyanın bu maliyyə dəstəyi BMT-nin təcrübəsindən istifadə edəcək, həm də Azərbaycanın azad etdiyi ərazilərində mülki həyat üçün riskləri azaldacaq və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək:

"Regiondakı bütün xalqları qorumaq naminə, Böyük Britaniya piyadalar əleyhinə minalar və kasetli silahların istifadəsinin aradan qaldırılmasına yönəlmiş BMT konvensiyalarını imzalamağa çağırır. Biz səlahiyyətli şəxsləri BMT və digər humanitar təşkilatların regionun bütün yerlərində sülh və inkişafın dəstəklənməsinə maksimum dərəcədə töhfə verə bilmələrini təmin etməyə çağırmaqda davam edirik”.

Dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri olan bu regionun minalardan təmizlənməsinə Böyük Britaniyanın verdiyi dəstək 1 milyon funt-sterlinqi ötüb.

Qeyd edək ki, region dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş bölgələrdən biridir.


Müəllif: Teleqraf.com