15 İyul 2022 13:05
17 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

General-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümü münasibətilə Azərbaycanın Milli qəhrəmanlarının məzarı ziyarət olunub.

Teleqraf.com xəbər verir ki, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və Vətən müharibəsi iştirakçıları anım mərasiminə qatılıblar.

Şəhidlərin məzarı üzərinə əklillər və gül dəstələri qoyulub, dualar oxunub, xatirələri hörmət və ehtiramla anılıb.

Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə Polad Həşimov və İlqar Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüblər. Hər iki qəhrəmanımız həmin ilin iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.


Müəllif: Teleqraf.com