25 İyul 2022 12:50
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, tank əleyhinə 11 mina və 181 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 953 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Müəllif: Teleqraf.com