27 Oktyabr 2022 11:47
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Media subyekti və onun redaksiya heyətinin Media Reyestrinə daxil edilməsi zamanı işçi sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur”.

Teleqraf.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.

Qeyd olunub ki, media subyekti və onun redaksiya heyətinin Media Reyestrinə daxil edilməsi zamanı subyektin və redaksiyanın hər hansı minimum işçi sayına malik olması ilə bağlı tələb yoxdur:

“Yəni işçi və əməkdaş sayından asılı olmayaraq, media subyekti Media Reyestrinə daxil edilə bilər. Ancaq Media Reyestri informasiya sistemində işçi haqqında məlumatların daxil edilməsi tələbi olduğundan minimum bir nəfər haqqında məlumatlar ora daxil edilməlidir”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər