4 Yanvar 2023 14:24
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəviyə İranla Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün tapşırıq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindən bildirilib.

İran xarici işlər naziri İran və Azərbaycanın müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərinin inkişaf etdirilməsini qeyd edib.

"Hüseyn Əmir Abdullahian yaxın gələcəkdə iki ölkənin birgə iqtisadi komissiyasının təşkil olunması üzrə lazımi tapşırıqlar verib.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iki ölkənin münasibətləri və növbəti proqramlar haqda İran xarici işlər nazirinə hesabat təqdim edib", - nazirliyin məlumatında bildirilir.


Müəllif: Teleqraf.com