18 Fevral 2023 11:31
10 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları eləcə də, Rusiya, Türkiyə, MDB ölkələri və Avropanın nüfuzlu hüquqşünasları iştirak edirlər.

Açılış mərasimində çıxış edən Assosiasiyanın prezidenti, Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov konfrans iştirakçılarını salamlayıb.

O bildirib ki, assosiasiya 2005-ci ildə Bolqarıstanda qeydiyyata alnıb. Onun sözlərinə görə, hər il bu cür tədbirlər keçirilir, lakin son iki ildə keçirmək mümkün olmayıb: “Bir-iki ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xaricdən gələn 9 ölkədən 30-dan çox nümayəndəyə izah edək ki, müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var".

İlham Rəhimov konfrans iştirkçıları adından bugünlərdə Türkiyədə zəlzələdə həyatını itirənlərlə və xəsarət alanlara bağlı başsağlılğı verib.

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya EA-nın Rəyasət Heyətinin üzvü, EA-nın prezidentinin müavini, Rusiya hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Taliya Xabriyeva bildirib ki, cinayətkarlığa qarşı mübarizə bütün ölkələr üçün aktual hesab olunur. Bunun üçün tarixən və bu günümüzdə də tövsiyələr işlənib hazırlanıb.

O, ötən il çox vacib hadisənin baş verdiyini bildirib. Qeyd edib ki, assisiasiyanın prezidenti İlham Rəhimov Rusiya Elmlər Akademiyasının tərkibinə seçilib: “Keçən ilin sonuna yaxın İlham Rəhimov Rusiya Elmlər Akademiyasının üzvü seçilib, o, həmçinin Rusiya Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub”.

Hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya EA Rəyasət Heyətinin üzvü, Rusiya EA-nın Dövlət və Hüquq İnstitutunun direktoru Aleksandr Savenkov Rusiyanın ədliyyə naziri Konstantin Çuçenkonun konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Aleksandr Savenkov qeyd edib edib ki, ölkələrin və dövlətlərin bir-birini daha yaxından başa düşməsinə bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bununla konfrans iştirakçıları ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir: “Konfrans çox çətin dövrdə keçirilir. Münhendə də bu günlərdə təhlükəsizlik konfransı baş tutur. Bu cür müzakirələr regonda sülhə və sabitliyə xidmət edəcəyinə inanırıq”.

Açılış çıxışları başa çatdıqdaın sonra konfransda tematik məruzələrin dinlənilməsinə başlanıb. Rusiya Federasiyasının elm xadimi, Hüquq üzrə Ali Məktəblərin Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor Sergey Baburin (Rusiya), “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev (Bolqarıstan) və Rusiya Federasiyasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, RF İstintaq Komitəsinin Akademiyasının professoru Yuri Vladimiroviç Qolik məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanımış hüquqşünasları, QHT və KİV nümayəndələri eləcə də, Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak edir.


Müəllif: Teleqraf.com