11 İyul 2023 22:05
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzində University Foundation Courses-in (UFC) ingilis, fransız, alman dilləri departamentinin tələbələrinin “Foundation” proqramını bitirmələri münasibətilə 9-cu buraxılış gecəsi keçirilib.

Dövlət himninin səslənməsi ilə başlanan UFC Məzunlarının Mukafatlandırma Mərasimində professor-müəllim heyəti, dövlət rəsmiləri, millət vəkilləri, məzun və valideynləri qatılmışdı.

Teleqraf.com xəbər verir ki, Mərasimdə giriş sözü ilə çıxış edən UFC-nin direktoru professor Reyhan Hüseynova məzunları və qonaqları salamlayıb.

O məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ümidvar olduğunu qeyd edib ki, məzunlar universitetdə aldıqları bilik və bacarıqlar sayəsində peşəkar karyera yolunda uğur qazanacaq: “Bununla da ölkəmizin inkişafına, xalqımızın rifahına töhfələr verəcəklər.

Reyhan Hüseynova ölkəmizdə elmə, təhsilə dövlətin yüksək münasibətindən bəhs edib: “Azərbaycanda bütün sahələrdə olduğu kimi elm, stəhsil sahəsində əldə olunan uğurlar sağlam gələcəyimizin qarantı olan gənc nəslin daha mütərəqqi biliklərə yiyələnməsi üçün bütün zəruri addımlar atılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanlı gənclər dünyanın ən tanınmış universitetlərinə qəbullar qazanır və burada ölkəmizi böyük uğurla təmsil edir. Sözsüz ki, əsasi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Azərbaycanlı tələbələrin xaricdə təhsil ənənələrinə uyğun olaraq ardıcıl proqramlar icra edilir. Bu sahədə dövlət və özəl əməkdaşlığı ümumi məqsədə xidmət edir. Çünki bu sahəyə diqqətə yetirən hər kəs Azərbaycanın gələcəyinin sağlam düşüncəli, elmli, bilikli və dünyanın qabaqcıl texnoloji yeniliklərinə bələd olan gəncliyin çiyinləri üzərində olduğunun fərqindədir.

Professor gənclərin hərtərəfli inkişafında, cəmiyyət həyatının bütün sahələrində aktiv roluna toxunub: “Təbii ki, cənab Prezident İlham Əliyev müasir dövlətçilik mexanizmləri prinsipləri üzərində gənc kadrların potensialına böyük üstünlük verir. Həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyev da öz növbəsində ölkəmizdə sağlam gəncliyinin formalaşmasına hər zaman diqqət və qayğı ilə yanaşıb”.

UFC direktoru dövlət siyasətinin prioritet xəttini təşkil edən, ölkənin ümumi inişafının əsas hərəkətverici qüvvəsi olan elm və təhsil sahəsinin daim diqqət mərkəzində dayandığını söyləyib: “Bu sahədə mövcud sürətli, dinamik inkişafı var. Məhz dövlət tərəfindən aparılan ardıcıl islahatlar, qəbul olunan müxtəlif dövlət proqramlarının müvəffəqiyyətlə gerçəkləşdirilməsi yüksəkixtisaslı kadr hazırlığını təmin etməklə sosial-iqtisadi, elmi və mədəni tərəqqiyə böyük töhfələr vermək mümkün olub”.

Sadalanıb ki, UFC Azərbaycanda Böyük Britaniyanın “Foundation” proqramı üzrə akkreditə olunmuş lizenziya alan ilk təhsil mərkəzidir. Burda təhsil alan və tədris ilini müvəffəqiyyətlə bitirən 50 məzun Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, İtaliya, Hollandiya, Macarıstan, İrlandiya, Litva, Latviya, Belçika, Çexiya, Bolqarıstan, Kanada və ABŞ-ın reytinqli universitetlərinin bakalavr və magistr pillələrinə qəbul edilib.

Vurğulanıb ki, UGCnin məqsədi xaricdə ali təhsil üzrə ixtisaslaşmış və dünyanın bir sıra təhsil müəssisələrinə qeydiyyatdan keçməyə kömək etməkdən ibarətdir. Burada əsas hədəf abituriyentlərin ixtisas və bacarıqlarını təkmilləşdirmək, xarici universitetlərdə təhsil prosesinə hazırlamaqdır. Sözsüz ki, bu da öz növbəsində onların dünyanın ən yaxşı universitetlərinə daxil olmaq şansı hesab edilir.

Reyhan Hüseynova bildirib ki, 2023-ci ildə UFC-nin 52 məzunu təlim proqramını uğurla başa vuraraq Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Almaniya, İtaliya, Danimarka, Hollandiya, Çexiya, Belçika, İrlandiyada, İsrail, Kanada, İsveçrə, Avstriya, Macarıstan, Latviya və Litvanın reytinqli universitetlərində təhsil almaq şansı əldə ediblər. Onlar bu təhsil müəsisələrində kompüter elmləri, informasiya texnologiyaları, süni intellekt, informasiya sistemlərinin idarə edilməsi və analitikası, proqram mühəndisliyi, kompüter elmləri, informatika və riyaziyyat, interyer dizaynı, psixologiya, beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və beynəlxalq münasibətlər, menecment, biznes sahələrində bakalavr və magistr dərəcələri üçün idarəetmə, biznes və iqtisadiyyat, maliyyə, hüquq, beynəlxalq hüquq, hüquq və biznes, hüquq və qlobal təhlükəsizlik, beynəlxalq və Avropa hüququ, təsviri incəsənət, qrafik dizayn və kommunikasiya, biznes mühəndisliyi, ətraf mühit elmləri, memarlıq və dizayn fakültələrində oxuyacaqlar.

Mərasimdə vurğulanıb ki, University Foundation Courses komandasının peşəkar fəaliyyəti nəticəsində məzunların əksəriyyəti təhsillərini davam etdirəcəkləri universitetlərdə təqaüd proqramları əldə edib. Çünki “Foundation” UFC proqramının fərqli cəhəti ondan ibarətdir ki, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrdən tədris üçün yüksək ixtisaslı müəllimlər dəvət olunub. Bu da öz növbəsində tələbələrin gələcəkdə təhsil alacaqları ölkəyə asanlıqla uyğunlaşmasında başlıca amil hesab edilir. Eyni zamanda burada hər bir tələbə öz kursu çərçivəsində gələcək ixtisası üzrə seçdikləri fakültəyə uyğun olaraq Böyük Britaniya, Kanada, İtaliya və Fransada ilkin hazırlıq keçmiş olur ki, bu da onların sonrakı tədris prosesinə tam adaptasiyasına mühüm təsir göstərir.

Məzun gecəsinin davamında UFC-in “Foundation” proqramının tərəfdaşları və müəllimlərinin çıxışlarından ibarət videoçarx nümayiş olunub.

Daha sonra məzunları təbrik edən Fransanın Azərbaycandakı səfiri Ann Buayon, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld, Belçika Krallığının fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans, İsrailin Azərbaycandakı səfiri Corc Dik, Niderland Krallığınının səfiri Paulin Eizeman öz çıxışlarında onlara qarşıdakı hədəfləri aşmaq üçün əzmkar və daha çox axtarışda olmalarını, eyni zamanda cəmiyyətin bir parçası olaraq bu müstəvidə də fəallıq göstərmələrini arzulayıblar.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova da məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Professor qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 yubileyi ilində məzun olmaq tarixi bir şansdır: “Bu gün ölkəmiz prezident İlham Əliyevin rəhbərliyi ilə daha mütərəqqi ideyalarla inkişaf etdirilir. Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyeva tərəfinədn ölkəmizdə hər bir sahədə olduğu kimi ailələrdə sağlam fərdlərin, gəncliyin formalaşmasına da diqqət və qayğı göstərilir. Bütün bunlar onu deməyə əsas verir ki, qalib Azərbaycanı daha işıqlı və sağlam bir gələcək gözləyir. Çünki bu gün yetişməkdə olan gənclik öz üzərinə düşən tarixi məsuliyyəti dərk edir. Onların bu istiqamətdə ən başlıca vəzifəsi sağlam ruhda, vətənpərvər və elmi biliklərə sahib olmuş bir şəxsiyyət kimi formalaşmasıdır.

Tədbirin digər çıxışçıları da məzunları əlamətdar gün münasibətilə təbrik edib, gələcək karyera və həyatlarında uğurlar arzulayıb. UFC-nin fəaliyyət göstərdiyi illərdə qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunlarının yüksək bilik göstəriciləri haqqında danışıb, təhsil ocağının fəaliyyətini yüksək qiymətləndiriblər.

Daha sonra Birmengam,Warwick,Roma, Münhen,Magburg və Berlindən əvvəlki ilin məzunları videoformatda, Fransız departamentindən Leyla Mirzəyeva və Britaniya Departamentindən Nuray Əlizadə isə səhnədən builki məzunları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. UFC-in sayəsində qazandıqları nailiyyətlərindən söz açıb, təəssüratlarını bölüşüblər.

UFC-in 9-cu məzuniyyət tədbiri gənc ifaçıların iştirakı ilə baş tutan konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, University Foundation Courses-in 2023-cü il məzunları Böyük Britaniyanın Plymouth Universitetinə, Birmingham City Universitetinə, Qərbi İngiltərə Bristol Universitetinə, Salford Universitetinə, Nottingem Trent Universitetinə, Kraliça Meri Universitetinə, Leicester Universitetinə, Oksford Brookes Universitetinə, Strathclyde Universitetinə, Suonsi Universitetinə, Lids İncəsənət Universitetinə, Durham Universitetinə, Bath Universitetinə, Fransanın Paris İncəsənət Kollecinə, Paris Amerika Akademiyasına, CEFAM, Aralıq dənizi Amerika Kollecinə, İtaliyanın Azad Bozen Bolzano Universitetinə, NABA – Yeni Gözəl Sənətlər Akademiyasına, Roma Sapienza Universitetinə, Siena Universitetinə, Venesiya Ca’Foscari Universitetinə, Almaniyanın Tətbiqi Elmlər üzrə Avropa Universitetinə, Berlin Tətbiqi Elmlər Universitetinə,FH Aachen İnstitutunun birinci kursuna, Macarıstanın Seged Universitetinə, Çexiyanın Çex Həyat Elmləri Universitetinə, Praqa İqtisadiyyat və Biznes Universitetinə, Praqadakı Nyu York Universitetinə, Çex Texniki Universitetinə Çarlz Universitetinə, Masaryk Universitetinə, Danimarkanın Kopenhagen İT Universitetinə, Belçikanın KU Leuven, Vrije Universitetlərinə, Brussel, Antverpen Biznes Məktəbinə, Hollandiyanın Haaqa Tətbiqi Elmlər Universitetinə, Rotterdam Tətbiqi Elmlər Universitetinə, Amsterdam Tətbiqi Elmlər Universitetinə, Hanze Tətbiqi Elmlər Universitetinə, Rotterdam Erasmus Universitetinə, Türkiyənin Bilkent Universitetinə, İrlandiyanın Griffith Kollecinə, Latviyanın Riqa Ali Hüquq Məktəbinə, Litvanın Mykolas Romeris Universitetinə, İsrailin Reichmann Universitetinə, Kanadanın Alberta Universitetinə, Kalqari Universitetinə, İsveçrənin Cenevrə Universitetinə, Cenevrə Biznes Məktəbinə, Avstriyanın Vyana Universitetinə, Klagenfurt Universitetinə qəbul olunublar.

“University Foundation Courses” yuxarıda sadalanan universitetlərlə birbaşa müqavilələrə malikdir ki, bu da “Foundation” proqramı məzunlarını çətin qeydiyyat prosedurlarından azad edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər