24 Noyabr 2023 08:53
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdabda iki bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı rayonun Şahhüseynli və Yarməmmədbağı kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin tələblərini pozduğuna görə hər iki kənd bələdiyyəsinin məsul şəxsləri barəsində qanunvericiliyə uyğun olaraq protokollar tərtib olunub və onlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər