18 Aprel 17:25
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev infarkt keçirib.

Teleqraf.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə hazırda İsveçdə yaşayan Milli Qəhrəmanın yaxınları bildiriblər.

“Şahin Tağıyev 3 gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib”, - ailə üzvləri Milli Qəhrəman haqqqında danışarkən deyiblər.

Qeyd edilib ki, hazırda onun vəziyyəti stabildir və xəstəxanada müalicə alır.

“İlk gün isə vəziyyəti kritik ağır idi. Allaha şükür ki, həyatdadır və ümid edirik ki, o, yaxın günlərdə tamamilə sağalıb öz evinə dönəcək”.

Qeyd edək ki, Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biridir.


Müəllif: Teleqraf.com