25 May 12:58
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məşğələlərə cəlb edilən şəxsi heyət mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra ediblər.

Mühəndis təminatı tapşırıqlarını yerinə yetirən hərbi qulluqçularla keçirilən məşğələlərdə əsas məqsəd onların peşəkarlıq səviyyəsinin artırılması, silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər