26 İyun 21:57
4 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

BBəzi bürclərin nümayəndələri bir-biriləri ilə yola getmədikləri kimi bəziləri arasında dərin bağlılıq var. Onlar bir araya gəldikdə mükəmməl harmoniya yaranır.

Teleqraf.com xəbər verir ki, bu 4 bürcün nümayəndələri bir-biriləri üçün yaradılıblar.

Qoç və Əkizlər – bu iki bürc sanki bir-biri üçün yaradılıb. Alov külək olmadan yayıla bilmədiyi kimi Oğlaq Əkizlər olmadan sevginin dadını bilməz. Bu cütlük həm fiziki olaraq bir-birinə uyğun gəlir, həm də mənəvi olaraq. Bu cütlüklərin ailə həyatları da çox uğurlu olur.

Oxatan və Şir – sevgi münasibətində bu iki bürcdən olanlar yaxşı ünsiyyət qura bilirlər. Hər ikisi də sədaqətləri ilə dərin bağlılıq qururlar. Onların xüsusiyyətləri bir-birini tamamlayır və dinamik bir əlaqə yaranır. Aralarında anlaşılmazlıq olmur.

Dolça və Qız – ideyalarla dolu Dolça və sınaqlardan qorxmayan Qız birlikdə möhtəşəmdirlər. Bu cütlük nəinki özlərini, hətta ətradakıları da yaxşılığa doğru aparmağa qadirdilər. Onlara sehrbaz demək olar! Onlar bir-biri üçün möcüzə yaradar. Heç vaxt kiçik nöqsanlara görə mübahisə etməzlər.

Buğa və Tərəzi – əsl komandada işləyə biləcək insanlardır. Bu cütlüyün bir-birinə olan marağı heç vaxt bitməz. Hər ikisi öz gələcəklərinin daha da gözəl olması üçün çalışırlar. Bu da onları nailiyyətlərə aparar.


Müəllif: Şəbnəm Zahir