23 İyul 18:05
2 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq iyulun sonları olsa da, kənd təsərrüfatı məhsullarının qiymətində eniş müşahidə olunmur. Hazırda pomidor 2 manatdan 4 manatadək, lobya 3-4 manata, xiyar 1.5,-2 manata satılır.

Məsələ ilə bağlı Teleqraf.com-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bahalığın bir neçə səbəbi var.

Onun sözlərinə görə, əsas səbəb havanın əlverişsiz və qeyri-sabit keçməsi ilə əlaqədardır: “Dolu, yağış və bu cür təbiət hadisələri məhsuldarlığı aşağı salır və meyvə-tərəvəzin yetişməsini gecikdirir. Məsələn, açıq sahədə yetişən pomidordan normal məhsul almaq mümkün deyil, çünki bu şəraitdə yetişən pomidorlar istifadəyə yararsız olur. Buna görə də, bazarlarda məhsul qıtlığı baş verir. İyul ayında hələ də xaricdən pomidor idxal olunması buna nümunədir. Digər səbəb yanacağın qiymətinin artmasıdır. Daşınma qiyməti də məhsulun satış qiymətinə təsir göstərir”.

Ekspert ötən illə müqayisədə bütün məhsullarda ikiqat bahalaşma baş verdiyini deyib: “Düşünürəm ki, yaxın zamanlarda pomidorun qiymətində ucuzlaşma müşahidə ediləcək. Çünki açıq sahədə yetişən pomidorların kütləvi dərilməsi başlayır”.

Akif Nəsirli onu da qeyd edib ki, ənənəvi problemlərdən biri də, fermerlərin bazara çıxış imkanlarının məhdudluğudur:

“Məsələn, Beyləqanda ucuz olan məhsul Bakıda daha bahadır. Çünki fermer məhsulunu 15 dəqiqəlik deyil, daha uzun məsafə qət edərək bazara çıxarmalıdır. Bunun da qiymətlərə çox böyük təsiri var. Qarpızdan başqa bütün kənd təsərrüfatı məhsulları bu il bahadır”.

Mələksəda Zeynallı

İradə Tağızadə


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər