Sosial şəbəkələrdə "Kontakt Home" mağazalar şəbəkəsinin bağlanması iddiaları yayılıb. Son günlərdə şirkətin Bakıdakı bir neçə filialının bağlanması müştərilərdə də narahatlıq yaradıb və onlar kreditlərinin taleyinin necə olacağını düşünürlər.
Teleqraf.com Metbuat.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova yayılan iddiaların əsassız olduğunu bildirib.