23 Sentyabr 08:32
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda "Dərnəgül"-"Həzi aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub.

Bu barədə Teleqraf.com-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, bu səbəbdən maşinist qapıya baxış keçirib. Metropolitenin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülərək qatar elektrik deposuna yola salınıb.

Bunun əvəzinə xəttə ehtiyat qatar verilib. Nəticədə xətdə iki qatar arasında intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər