11:10
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukraynanın Donbasda bölgəsində intensiv hücumlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Ruslar son sutka ərzində 7 yaşayış məntəqəsinin ərazisində, xüsusən də Uqledar yaxınlığı və Toretskdə irəliləməyə nail olublar.

“Düşmən Nyu-York, Sukurını, Qirnik, Vodyanı, Uqledar, Preçistivka və Toretsk yaxınlığında irəliləyib”, - Ukrayna portalı yazır.

Ukraynada ordusunun Baş Qərargahının məlumatına görə, son sutka ərzində cəbhədə tərəflər arasında 162 toqquşma baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər