Müğənni Şəbnəm Tovuzlu qalmaqal yaşadığı həmkarı Vəfa Şərifovanın İnstaqram səhifəsinin hakerlər tərəfindən oğurlatması barədə yayılan iddialara münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu bu sözləri deyib: "Vəfa Şərifovanın İnstaqram səhifəsi Aygün Kazımova, Nazən Salayeva kimi bağlanıb. Bu hal məni də gözləyə bilər. Amma Allah şahiddir ki, mən heç vaxt elətdirmərəm. Burada tək haqqım olanı tələb etdim və yerinə yetirdim. Qalib oldum. Çünki burada mənim haqqım vardı. Amma səhifəsini bağlatdırmaq bizə yaraşmaz. Burada iki variant var: ya məsləhətçiləri şər-böhtan üçün onu öyrədirlər, ya da qeyd etdiyim kimi Aygün Kazımovanın da, Nazənin də bu hal başına gəlib. İnşallah səhifəsi qaytarılar. Bizə də saxta hesablardan xəbərdarlıqlar olub. Hər şey ola bilər".
İfaçı həmkarının İnstaqram səhifəsinin hakerlər tərəfindən oğurlanmasını oyun adlandırıb: "Bu yeni variantdırsa, bizə keçməz. Məni övladımla bağlı vurmaq istəsəniz, bu sizə baha başa gələr. Ölkənin qanunları var. Oyun oynamayın. Əziz məni sevən insanlar bu bir oyundur, başqa açıqlaması yoxdur. Məni gözdən salmaq üçün qurulmuş şoudur. İnanmayın, özləri oyun qurub, özləri oynayırlar. Mən mahnımı oxuyub, sakit evimdə oturmuşdum. Söz atdılar, ələ saldılar. Öz aləmlərində məni sındırıb həzz aldılar. Məndən bir gün sonra mahnımı oxudu və saxta müəllif hüququ aldı. Allah şahidim olsun ki, Vəfa Şərifovanın İnstaqram hesabının oğurlanmasında əlim yoxdur. Ola da bilməz".
Qeyd edək ki, ötən gün Vəfa Şərifovanın 1.6 milyonluq İnstaqram səhifəsi oğurlanıb. Səhifədə donuz fotoları paylaşılaraq "Sən indi bu haldasan. Üzr istəmək üçün 24 saat vaxtın var", - deyə yazılıb.