17:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.

Qurum narahatlığa görə abonentlərdən üzr istəyir.


Müəllif: Teleqraf.com