12:37
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzenin adını Nyu-Yorkda keçirilən ənənəvi qəbula dəvət olunan dünya liderləri siyahısından çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə administrasiyanın yüksək rütbəli nümayəndələrinə istinadla “Amerikanın Səsi”nin gürcü xidməti məlumat yayıb.

Qeyd edilir ki, əvvəlcə Kobaxidzenin adı dəvətlilər siyahısında olsa da, Bayden administrasiyası dəvəti ləğv etmək qərarına gəlib. Administrasiya həmçinin gürcü nümayəndə heyəti və Kobaxidze ilə bütün görüşlərdən imtina edib. Görüşdən imtina edənlər arasında Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da var.

“Amerikanın səsi”nin mənbələri bildirir ki, buna səbəb Gürcüstan hökumətinin demokratiya və gürcü xalqının iradəsinə hörmətsizliyinə dəlalət edən son addımları və bəyanatlarıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər