24 Sentyabr 20:03
2 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada alimləri ölüm anında insan beyninin fəaliyyətini öyrənmək üçün unikal üsuldan istifadə edə biliblər.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər 87 yaşlı xəstəni elektroensefaloqrafiyanın köməyi ilə müşahidə ediblər.

Müşahidə zamanı yaşlı adam ölümcül infarkt keçirib. Bu, mütəxəssislərə beyin fəaliyyətinin ölümdən əvvəl və o an, eləcə də ondan bir qədər sonra dəyişdiyini görməyə imkan verib.

Komanda bir qrup neyronun fəaliyyətini koordinasiya edən qamma hərəkətində, yəni ritmik elektrik impulslarda artım qeydə alıb. Bu dalğalanmalar yaddaş, diqqət və tanınmanın əsas psixi funksiyaları ilə bağlıdır.

Alimlərin qənaətinə görə, həyatının son saniyələrində xəstənin beyni keçmişin mühüm anlarını görüb. Bu cür hallar kliniki ölüm keçirən xəstələrdə də müşahidə olunur. Bu fenomen “bütün həyat gözlərin önündən keçir” olaraq təyin edilib. Bununla belə, alimlər əlavə araşdırmalara ehtiyac olduğunu anlayaraq ümumiləşdirmələr aparmağa tələsmirlər.

Elm adamları son nəticələrə xəstənin epilepsiya tarixinin təsir edə biləcəyindən narahatdırlar. Ancaq bu, insan beynində ölümdən əvvəl və o an baş verən qeyri-adi proseslərə işıq tutan çox önəmli bir kəşfdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər