20:23
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Hakimiyyət Sünikin (Zəngəzur) bütün icma başçılarına qarşı real kampaniyaya başlayıb, onları postlarından uzaqlaşdırıb özlərininkini təyin etməyə çalışır. Məsələn, əmlakın qanunsuz müsadirəsi halları ilə bağlı Qacaran meri Manvel Paramazyana təsir göstərirlər, Gorus şəhərinin meri Aruş Aruşanyanı tutduğu vəzifədən uzaqlaşdırmaq, hətta həbs etmək, vəzifə tutmaq hüququndan məhrum etmək istəyirlər”, - məqalədə deyilir.

Nəşr bildirir ki, bu günlərdə Qafanda da yoxlamalar gedir:

“Məlumata görə, polis Qafan meriyasının subsidiyalarla bağlı maliyyə sənədlərini müsadirə edib.

Müxalifətlə sıx əlaqədə olmaqda şübhəli bilinən Sisyan meri də hədəfdədir.

İcma rəhbərlərinə qarşı kampaniyanın səbəbinin yalnız bu kimi məsələlərlə əlaqəli olduğunu düşünmək sadəlövhlük olardı. Təhqirləri həzm edən Paşinyan sübut edir ki, onu təhqir edənlər qılıncının altından keçib boyun əyərsə, heç bir problem olmayacaq. Əslində, məsələ Sünikin özü ilə bağlıdır. Bu, yeni bir sui-qəsddir (dəhlizin açılması nəzərdə tutulur – red.) və icma liderləri bunun qarşısını ala bilərlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər