15:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda texniki müayinəyə aparılan avtomobildə narkotik vasitələrin olması məlum olub.

Teleqraf.com Baş DYP İdarəsinə istinadən xəbər verir ki, Müayinə Mərkəzində paytaxt sakini Anar Babayevə məxsus “Land Rover” markalı maşın texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.

Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prossesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyəti üzrə təhvil verilib.



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər