25 Sentyabr 17:44
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu güclü şəkildə Livanda “Hizbullah” terror təşkilatına qarşı quru hücumuna hazır olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Müdafə Qüvvələrinin Şimal Komandanlığının rəisi general-mayor Ori Qordin deyib.

“Kampaniyanın daha bir mərhələsinə qədəm qoyduq. Əməliyyat “Hizbullah”ın imkanlarına çox ciddi zərbələrlə başlayıb”, - general vurğulayıb.

Qordin terror təşkilatının hərbi mövqeləri və infrastrukturuna öldürücü raket zərbələri endirildiyini bildirib.

“Təhlükəsizlik vəziyyətini dəyişməliyik. Güclü şəkildə Livana qurudan daxil olmaq üçün hazır olmalıyıq”, - İsrail generalı əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər