Hücum əməliyyatlarını davam etdirən Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinin ətrafına çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Ruslar Uqledarın şimal-şərq cinahında Vodyane və cənub-qərbdə Preçistivkadan keçməyə çalışırlar. Rusiyanın məqsədi Ukrayna qoşunlarını mühasirəyə almaq və onları şəhərdən geri çəkilməyə məcbur etməkdir.
Amerikalı analitiklərin fikrincə, ruslar bütün Uqledarı ələ keçirə bilərlər, həmçinin bu, Ukrayna ordusunun nə qədər müqavimət göstərməsindən asılı olacaq.