Ukraynada uğursuzluğa düçar olsaq, hər yerdə uğursuzluğa düçar olacağıq.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.
Onun sözlərinə görə, indiki şərtlər altında müharibənin dayandırılması Qərbə baha başa gələcək.
“Bəziləri deyirlər ki, müharibəni dayandırın, çünki bu, bizə çox baha başa gəlir. Bəli, bizim dəstəyimiz olmasaydı, Ukrayna təslim olardı. Belə bir tələb var? Bizim vəziyyətimizdə yox. Ukraynanın təslim olub ikinci Belarusa çevrilməsini istəmirik. Bu, hamıya aydın olmalıdır”, - Borrel vurğulayıb.