25 Sentyabr 18:27
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 3 şöbə müdiri vəzifəsindən azad olunub.

Teleqraf.com "Report"-a istinadən xəbər verir ki, bununla bağlı bölmənin sədri, akademik İsmayıl Hacıyev əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə seçkilərdə deputat seçilən filologiya elmləri doktoru Nuray Yadigar qızı Əliyeva, tarix üzrə fəlsəfə doktoru Asəf Yunis oğlu Orucov və tarix üzrə fəlsəfə doktoru Zeynəb Kərim qızı Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Həmçinin AMEA Naxçıvan Bölməsinin Nəşriyyat bölməsinin müdiri Qafar Tahar oğlu Qənbərov da seçkilərdə deputat seçildiyi üçün tutduğu vəzifədən azad edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər