Bütün əməliyyat boyunca Kursk vilayətində 12 yaşayış məntəqəsi azad edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” xüsusi təyinatlılarının komandanı general-mayor Aptı Alaudinov məlumat verib.
"Düşmən çox böyük itkilərə məruz qaldı. O, artıq ələ keçirdiyi ərazilərdən 12 yaşayış məntəqəsini itirdi”, - deyə o bildirib.