Ukrayna və onun Qərb tərəfdaşları Rusiyanı sülhə məcbur edə bilməyəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiyanı sülhə məcbur etmək mümkün deyil. Amma Rusiya təhlükəsizliyinin əsaslarını təmin etmək və "xüsusi hərbi əməliyyat"ın tapşırıqlarını yerinə yetirmək şərti ilə sülhün tərəfdarıdır”, - Kreml sözçüsü vurğulayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin iclasında çıxış edərək beynəlxalq ictimaiyyətdən Rusiyanı sülhə “məcbur etməyi” tələb edib.