“Şimal axını” qaz kəmərlərinin partladılması üzrə əməliyyat təxminən 300 min dollara başa gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.
Məlumata görə, təxribatçılar əsasən mülki şəxslərdən ibarət olub.
Bundan əvvəl bildirilmişdi ki, BMT Təhlükəsizlik Şurası sentyabrın 26-da “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı iclas keçirəcək.