19:59
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu II Qarabağ müharibəsindən sonra müəyyənləşmiş proqrama uyğun olaraq gücləndirilir, Silahlı Qüvvələrin arsenalına yeni silahlar, müasir texnikalar daxil edilir. Bu günlərdə Ali Baş Komandan, Prezident İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Artıq bu təyyarələr Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

“Həmçinin Bakıda “ADEX-2024” müdafiə sərgisində Azərbaycanın yeni silahları təqdim olunub. “Azərsilah”a məxsus pavilyonda PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, 30 millimetrlik avtomatik top, zirehli gödəkcələr, aviabombalar və təlim simulyatorları nümayiş etdirilib”, - deyə o əlavə edib.

Polkovnik bildirib ki, Azərbaycan Pakistanla məhz JF-17C (Block-III) təyyarələrinin alınması ilə bağlı apardığı danışıqların məntiqi sonluğu olaraq artıq həmin qırıcılar Ordumuzun arsenalında yer alıb:

“Bundan öncə də İtaliyadan hərbi yük təyyarəsi alınmışdı. Eyni zamanda Azərbaycanın müxtəlif ölkələrlə birlikdə istehsal etdiyi artilleriya qurğuları Ordumuzun arsenalındadır”.

Üzeyir Cəfərov vurğulayıb ki, Azərbaycanda keçirilən beynəlxalq silah sərgisi əslində indiki dövrdə mühüm önəm kəsb edir:

“Burada Azərbaycanın öz istehsalı olan silahların nümayiş etdirilməsi, Silahlı Qüvvələrin arsenalına daxil edilən müasir silah-sursat Ermənistana və onu revanşa həvəsləndirən qüvvələr üçün də açıq bir mesajdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər