01:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeydə alınıb. Ceyhun Səmədovun idarə etdiyi "VAZ" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, eləcə də avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər