15:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını ilk oxunuşda təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Qrant haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər