14:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.

Bu barədə Teleqraf.com "SOCAR Downstream Management" MMC-ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb: “Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun söndürülməsi istiqamətində işləri davam etdirir. Əlavə məlumat təqdim olunacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər