13:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial mediada "BakıKart" adı altında saxta səhifələr açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

Agentlik bəyan edib ki, bu səhifələr “4 AZN ödəyərək 6 ay pulsuz istifadə” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

"Təhlükəsizliyinizi qoruyun:

• Rəsmi "BakıKart" səhifələrini izlədiyinizə əmin olun.

• Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.

• Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.

Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!

Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın!", - deyə açıqlamada qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər