12:41
215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəyişikliklərdən danışırıqsa, bu dəyişikliklər prosesində, şərti olaraq desək, DNT səviyyəsinə çatmırıq, bu dəyişikliklər daimi və tam ola bilmir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında ölkəsinin himni haqqında qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

“Baş nazir olduğum müddətdə rəsmi tədbirlərdə himn səslənəndə diqqətli oluram, uzun müddətdir ki, Ermənistanın himninin eyni ifa formasına rast gəlməmişəm. Sürət, müddət, səs və temp, eləcə də texniki parametrlər üçün standart yoxdur.

Məsələn, hər hansı tədbirin təşkili zamanı himndən daha çox suya, şəraba, basdırma sucuğa önəm veririk, diqqət yetiririk. Yutub-da minlərlə himn var, “Enter” düyməsini sıxırsan, himn səslənir. Mənim şəxsi təcrübəm ondan ibarətdir ki, heç kim özünə sual verməyib: qulaq as, hansı himn səslənəcək, necə çalınacaq? Bu, bir layihə ilə həll edəcəyimiz fundamental problemdir”, - baş nazir bildirib.

Paşinyan qeyd edib ki, uzun müddət onun iştirakı ilə keçirilən bütün tədbirlərdə dövlət himninin müəyyən keyfiyyət standartına uyğun canlı və aydın şəkildə ifa edilməsi barədə göstərişlər verib:

“İkincisi mətnə ​​aiddir, mətndə heç bir söz dəyişikliyi təklif edilmir, yalnız dördlüklərin düzülüşü təklif olunur.

Əsasən, bu versiya kifayət qədər uzun zamandır dövlət mərasimləri zamanı eşidilir, bu da müəyyən qanun pozuntusu kimi də şərh oluna bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər