16:38
201
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ukraynanın zərərinə olacaq sövdələşməyə getməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Economist” yazır.

Nəşr bildirir ki, ABŞ Ukraynanı öz ixtiyarına buraxsa, Putin şərtlərini diktə edə biləcək:

“2021-ci ildə Əfqanıstandan qoşunların çıxarılmasının Prezident Co Baydenə zərər verdiyi kimi, Tramp da Ukraynada belə bir uğursuzluqdan qorxur, çünki bu, onun nüfuzuna zərbə vura bilər”.

Analitik Metyu Kreniqin fikrincə, Tramp Ukrayna məsələsinə sadə yanaşmayacaq, pis sövdələşmədən qaçacaq.

Analitik Erik Çiaramellaya görə, Ukrayna dağılsa, Tramp bunu Baydenin üzərinə atacaq.

Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürdüyü istefada olan general Keyt Kelloq, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin veteranı Fred Fleyts Kiyevi silahlandırmaqda davam etməyi təklif edir.

Nəşr qeyd edir ki, Ukraynadan ərazi vermək tələb olunmayacaq, ABŞ və müttəfiqləri yalnız Rusiya Kiyev üçün məqbul olan nizamlanmanı imzalayacağı təqdirdə sanksiyaları ləğv edəcək və münasibətləri normallaşdıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər