15:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin qətnaməsi dəyərsiz kağız parçasıdır, buna görə də bu sənədi ciddi dəyərləndirə bilmərik”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin qətnaməsinin saman qiyməti var.

“Qətnamədə nəyin yazılacağı maraqlı belə deyil, öncəki dörd qətnamənin də heç bir dəyəri olmayıb. Bu, dəyərsiz kağız parçasıdır və buna görə də sənədi ciddiyə ala bilmərik”, - baş nazir söyləyib.
Qeyd edək ki, bu gün Avropa Parlamentində Gürcüstan əleyhinə növbəti qətnamənin qəbulu gözlənilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər