16:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan, Ermənistan və Türkiyə ilə dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi və strateji layihələrin reallaşdırılması əsas prioritetlərimizdən biridir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxdize parlamentdə çıxışı zamanı deyib.

Qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayan hökumət başçısı bildirib ki, bu prioritet bundan sonra da diqqətdə saxlanılacaq.

İ.Kobaxidze həmçinin söyləyib ki, növbəti dörd ildə Azərbaycan və Ermənistan sərhədinədək 4 zolaqlı magistral yolun inşası tamamlanacaq.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər