28 Noyabr 16:31
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Kitab Mərkəzində əməkdar artist Dilarə Əliyevanın “Dilarənin monoloqları” adlı kitabı təqdim olunub.

Dilarə Əliyeva Teleqraf.com-a açıqlamasında kitab haqqında təəssüratlarını bölüşüb:

"Düşündüm ki, mənim içimdə çox sözlər var, qasırğalar, tufanlar əsir. Bir aktrisa kimi monoloqları söyləmək istədim. Fariz Əliyevə ideyam haqqında məlumat verdim. Kitabın müəllifi Fariz Əliyevdir. O, ən yüksək şəkildə mənə dəstək oldu. Biz ikili olaraq dillərə əzbər olan monoloqlara imza atdıq. Hesab etdik ki, monoloqlar üçün kitaba ehtiyac var. İnsanlar gözəl cümlələri oxusunlar. Kitabda həyat, hisslər, zaman, xoşbəxtlik, korifeylərdən sitatlar, opera və muğam sənəti haqqında monoloqlar var. Mənim üçün kitabda ən çətin, dəyərli və şərəfli monoloq Oqtay Əliyev haqqındadır. Bu gün Oqtayın ruhu məni görür və təbrik edir. İnşallah, növbəti kitab da nəşr edilə bilər".

Qeyd edək ki, tədbirdə xalq artistləri Tünzalə Ağayeva, Mehriban Zəki, Nəzakət Teymurova və bir çox tanınmış simalar iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər