Ermənistan hökuməti bu gün keçirilən iclasında “Ermənistan Respublikasının himni haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, ölkənin parlament sədri Alen Simonyan, deputatlar Sisak Qabrielyan və Taquhi Qazaryanın təşəbbüsü ilə irəli sürülən layihədə ifa ilə yanaşı, himnlə bağlı bəzi münasibətlərin tənzimlənməsi təklif edilir.
Xüsusilə, himnin bir rəsmi versiyasının təsis edilməsi təklif olunur.
Layihəyə əsasən, Ermənistan hökumətinə himnin qısa mətninin hazırlanması səlahiyyəti verilir.
İclasda iştirak edən Baş nazir Nikol Paşinyan deyib ki, bu layihənin formalaşdırılmasının siyasi hissəsində qismən və ya tam iştirak edib.