13:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan və Rusiya arasında münaqişənin sülh yolu ilə həlli hökumətin əsas prioritetlərindən biri olaraq qalır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidze parlamentdə çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, bu prioritetdə Gürcüstanın ərazilərin işğaldan azad edilməsi ilə bağlı “qırmızı xətt”ləri var.

“Bu “qırmızı xəttlər”ə sonadək riayət olunacaq. Bununla belə, əlbəttə ki, biz proqmatik siyasət aparacağıq. Bizim ən mühüm milli məsələmiz — yoxsulluğun aradan qaldırılması, ikincisi isə ərazi bütövlüyümüzün sülh yolu ilə bərpasıdır. Bu məqsədə nail olmaq qlobal tendensiyalar və regiondakı proseslərdən asılıdır”, - İ.Kobaxidze deyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər