Məşhur aktyor Nils Arestrup 75 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu haqda aktyorun xanımı İzabel de Novel paylaşım edib.
O bildirib ki, sənətçi Paris yaxınlığındakı evində vəfat edib. Aktyorun ölüm səbəbi açıqlanmayıb.
Fransız əsilli danimarkalı aktyor, rejissor N.Arestrup “Ürəyimin döyüntüsü” və “Peyğəmbər” filmlərindəki rollarına görə “Sezar” mükafatına layiq görülüb.