Bu günə qədər Bakıda 30-dan çox küçə və prospektdə ümumilikdə 100 km-dən çox avtobus zolaqları təşkil edilib.
Bu barədə Teleqraf.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, AYNA avtobus zolaqlarının istifadəsini genişləndirir: "Mərhələli şəkildə digər ünvanlarda da xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılıb".