12:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 15-i saat 11.30-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Quba, Astara, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Qusar, Xaltan, Qobustan, Şamaxı, Qrızda 2, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.

Yanvarın 14-də şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Zəngilanda 21 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.

Sumqayıt, Naxçıvan, Şərur, Gəncə, Naftalan, Şəmkir, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 1 dərəcəyə yaxın istidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər