13:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siyasi partiyalar haqqında" qanuna görə, hər il yanvar ayının 15-dək siyasi partiyalar üzvlərin yeni (dəyişiklik) reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qanunvericiliyə uyğun yenilənmiş reyester məlumatlarını nazirliyə təqdim edib.
Bu barədə Teleqraf.com-a VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

Onun sözlərinə görə, əvvəlki reyestr üçün nazirliyə 8686 nəfər üzvün siyahısı verilmişdi: “Yenilənmiş reyestr siyahısında 275 nəfər yeni üzv əlavə edilib. Son altı ayda isə 14 nəfər üzvümüz dünyasını dəyişib, onların da reyestrdən çıxarılması üçün məlumatı məktuba əlavə etmişik”.
Qeyd edək ki, VHP-nin 82 rayon, 1 muxtar respublikada 1253 özək təşkilatı fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər