Dünən axşam saatlarında Gəncədə 2 nəfərin meyiti tapılıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, saat 20 radələrində şəhər ərazisində “Nissan” markalı 99-DL-609 dövlət nömrə nişanlı avtomobildə kişi meyiti aşkar edilib.
Məlum olub ki, yol kənarında dayanmış avtomobildə ölən şəxs maşının sahibi, 1978-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Cəfərovdur. Onun üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Bundan başqa Gəncə şəhər 5-ci mikrorayonda 5 saylı binadan da meyit tapılıb.
Həmin binada yaşayan 1983-cü il təvəllüdlü Elşən Nazim oğlu Əhmədovun ölüm səbəbi müəyyən edilməsə də, üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.