11:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər aparılan sosial-iqtisadi islahatlar əməkhaqlarının, əmək müqavilələrinin sayının, əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin əhəmiyyətli şəkildə artmasına imkan verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilib.

Məlumatda qeyd olunub ki, bu müsbət proseslər nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da davamlı artım dinamikasına şərait yaradıb: "2018-2024-cü illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 2,5 dəfə artaraq, 2 mlrd. 327 mln. manatdan 5 mlrd. 752 mln. manata çatıb".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər