Bələdiyyə seçkilərində akkreditasiyadan keçən müşahidəçilərin sayı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.
Bildirilib ki, ümumilikdə 68 min 869 müşahidəçi qeydiyyatdan keçib.
Həmçinin qeyd olunub ki, siyasi partiyadan 26 minə qədər müşahidəçi seçkilərə nəzarət edəcək.