14:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, mərasim iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarına tər çiçəklər düzərək, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub.

Xatırladaq ki, 221 il əvvəl - 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq, Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar. Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması "Yulian təqvimi" ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən, mexaniki olaraq həmin tarix göstərilib. Ancaq köhnə rus tarixi mənbələrində 3 yanvar günü o vaxt istifadə olunan "Yulian təqvimi" ilə göstərilib, bu da, 1918-ci ildən istifadə etdiyimiz "Qriqori təqvimi" ilə yanvarın 15-nə təsadüf edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər