Milli Məclisin iclasında Cinayət Məcəlləsinə dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd prezidentin qanunvericilik təşəbbüsüylə parlamentə daxil olub.
Əli Hüseynli qeyd edib ki, uçan aparatdan istifadə zamanı məsuliyyət o vaxt yaranır ki, şəxsi həyata müdaxilə edilsin.
Millət vəkili Tahir Mirkişili bildirib ki, pilotsuz uçan aparat dünyada geniş yayılıb: “O, güclü bombanı qaldıra bilir, müəyyən əraziləri yandırır, nəticədə ciddi ziyan vurmuş olur. Buna görə də uçan aparatlarla bağlı ciddi məhdudiyyətlər qoyulur. Bizdə də qanunvericlikdə bunun çəkisi, uçuş və yükgötürmə qabiliyyəti ilə bağlı dəqiqləşdirilmə aparılmalıdır”.
Nemət