Bakının Sabunçu rayonunda 21 yaşlı qız yoxa çıxıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Aytən Yaqub qızı Sultanova aprelin 10-da, saat 10.00-da işə getmək adı ilə evdən çıxıb.
Aytən Yaqubova Nəsimi rayonunda yerləşən "28 Mall" ticarət mərkəzində satıcı işləyib. Amma qız həmin günü işə gəlməyib.
Bundan narahat olan ailəsi Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Hazırda 21 yaşlı qızın tapılması üçün tədbirlər görülür.
Hacı Zeynalov